Əli Mirəliyev: Arvadımla qalmıram, ona pul verirəm ki...

27 May 2024 20:00

Müğənni Əli Mirəliyev bu dəfə teleaparıcı Anar Vaqifoğlu ilə dalaşıb.

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, "Xeyirli axşamlar" verilişində qonaq olan ifaçı aparıcının sözlərinə əsəbləşib.

Belə ki, Anar Vaqifoğlu Əli Mirəliyevin qızının evində qaldığını bildirməsi müğənnini cin atına mindirib.

O, hər gün Mərdəkandakı evinə getdiyini və orada yaşadığını bildirib:

"Mən heç kimdə qalmıram. Gecə saat 12 olsa belə, Mərdəkandakı evimə gedirəm. Həyat yoldaşımla qalmıram, ona pul verirəm, deyirəm, "məndən əl çək". Mən paltarlarımı özüm yuyub, özüm də ütüləyirəm. Mən təmizkaram. Siz nə danışırsınız? Mən uşaqlıqdan "İnternat"da böyümüşəm. 7 yaşımdan orada yaşamışam".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun