İngiltərənin "Mançester Siti" klubunun çempionluq paradı zamanı özünü ələ ala bilməyən Cek Qriliş dünya mediasında gündəmə çevrilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, çempionluq şənlikləri zamanı spirtli içki qəbul edən yarımmüdafiəçi avtobus hərəkətə başlayandan az sonra iki dəfə yıxılmaqdan xilas olub.
Avtobusun damının kənarında dayanan Qrilişi azarkeşlər coşqu ilə alqışlayıblar. Müvazinətini saxlaya bilməyən futbolçunu birinci dəfə Ceremi Doku, ikincidə isə Rodri yıxılmaqdan xilas edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun