“İmtahan”ın ulduzu ərindən boşandı - FOTO

27 May 2024 12:29

"İmtahan" serialı ilə məşhurlaşan aktrisa Üzel Kərimova həyat yoldaşından boşanıb.

Milli.Az bildirir ki, OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi ailə qurduğu türk vətəndaşı Muhammed Talha Güneridən rəsmi olaraq bu gün ayrılıb.

Nizami Rayon Məhkəməsində hakim Starə Əliyevanın sədrliyi ilə keçirilən məhkəmədə tərəflər iştirak etməyib.

Qeyd edək ki, cütlük üç ildir ayrılsalar da, rəsmi boşanma baş tutmamışdı. Talha illərdir ABŞ-də yaşayır, Üzel isə fəaliyyətini Azərbaycanda davam etdirir. Onlar 2018-ci ilin sentyabrında evlənmişdilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun