Həmkarının çimərlik geyimindəki görüntüsünü müdafiə etdi

26 May 2024 23:48

Müğənni Elşad Qarayev "Zaurla Günaydın" proqramında Əməkdar artist Ruhəngiz Musəvi ilə mübahisə edib. 

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ifaçı "Mən kostyumla çəkilmişəm" deyərək, R.Musəvinin "Baladadaşın ilk məhəbbəti" filmində çimərlik geyimində olmasına söz atıb.

Əsəbiləşən ifaçı "Nə olsun cavan, incə qız idim. Su pərisi. İllərdir dənizə getmirəm" deyərək, həmin kadrların nümayiş edilməsinə etiraz edib. 

Verilişdə qonaq olan Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Çəkilib, çimərlik geyimindədəri. Efirdə milyonlar, dəniz kənarında 500 min adam gördü. Fərqi nədir? Tutaq ki, xanım dənizə gedib, 500 min adam görə bilər, amma efirdə yox? Dənizdir da, restoran deyil ki" deyərək, həmkarını müdafiə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun