İsrail bir sutkada 50 hərbi obyektə zərbələr endirdi

26 May 2024 22:50

İsrail Hərbi Hava Qüvvələri 24 saat ərzində Qəzza zolağında radikalların 50 hərbi obyektinə zərbələr endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, qoşunlar cənubda Rəfah bölgəsində və Fələstin anklavının şimalında Cəbəliyə reydlərini davam etdirir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun