Ancelina Coli qızı ilə - FOTO

26 May 2024 22:55

Amerikalı məşhur aktrisa Ancelina Coli övladlığa götürdüyü qızı Zahara ilə Los-Ancelesdə görüntülənib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, alış-verişə yollanan ana və qızı geyimləri ilə diqqət çəkiblər.

Belə ki, aktrisanın qara rəngli boş paltarı, paltosu və hündürdaban ayaqqabısı müzakirələrə səbəb olub. İzləyicilər Zaharanın əynindəki boz paltar, qara jaket və idman ayaqqabısını anasının geyimindən yaxşı olmadığını bildiriblər.

Xatırladaq ki, Bred Pitt ilə ailəli olan Ancelina Coli 2016-cı ildə boşanıblar. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun