Putin Özbəkistana getdi

26 May 2024 20:08

Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın paytaxtı Daşkəndə ikigünlük səfərə gəlib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, burada o, özbəkistanlı həmkarı Şövkat Mirziyayevlə danışıqlar aparacaq.

Dövlət başçıları Rusiya-Özbəkistan münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun