Ukrayna bu silahlarla Rusiyaya zərbə endirə bilməz - Kansler

26 May 2024 20:45

Ukraynanın Qərb silahları ilə Rusiyaya zərbə endirməsinə qarşıyıq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şotls deyib.

"Təqdim olunan silahlarla bağlı dəqiq qaydalar var, biz bu barədə Ukrayna ilə razılaşdıq və onlar fəaliyyətdədir", - o bildirib.

Şoltsun fikrincə, qaydaları dəyişdirmək üçün heç bir səbəb yoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun