Putin dayanmır, müharibəyə hazırlaşmalıyıq - Leyen

26 May 2024 17:57

Rusiyanın Ukraynadakı aqressiv hərəkətləri və Kreml rəhbəri Vladimir Putinin dəfələrlə təhdidləri fonunda Avropa Birliyi mümkün müharibəyə hazırlaşmalı və birgə silahlanması üçün addımlar atmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Putin kimi danışan və davranan hər kəs sülh istəmir, davam etmək niyyətindədir. Əgər qitəmizdə sülhü qorumaq istəyiriksə, o zaman müdafiəyə sərmayə qoymalıyıq", - Leyen bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun