"Qisasçılar"ın qəhrəmanı Hollivudun "Şöhrət xiyabanı"nda ulduz aldı - FOTOlar

26 May 2024 20:20

Məşhur "Marvel" filminin aktyoru Kris Hemsvort Hollivudun "Şöhrət xiyabanı"nda ulduz alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı mərasimdə aktyorun bir çox pərəstişkarları və həmkarları, o cümlədən "Qisasçılar" ("Avengers") filmindəki rol yoldaşları da iştirak ediblər.

Tədbirə eyni zamanda "Marvel" filmlərində "Dəmir adam" rolunu oynayan kiçik Robert Dauni də qatılıb. O, "Qisasçılar" filminin aktyorlarının Kris Hemsvort haqqında məzəli zarafatlarından danışıb.

Qeyd edək ki, Hollivudun "Şöhrət xiyabanı"ndakı ulduz Kris Hemsvortun kino sənayesindəki karyerasının əhəmiyyətini və uğurunu, həmçinin superqəhrəman film janrının populyarlaşmasına verdiyi töhfəni vurğulayır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun