Əfsanə vidalaşır: “Fənər”lə son matçına çıxacaq

26 May 2024 18:34

"Fənərbaxça"nın italiyalı müdafiəçisi Leonardo Bonuççi karyerasını bitirdiyini açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb.

Bonuççi "Fənərbaxça"nın heyətində çempion kimi futbolla vidalaşmaq arzusunu bildirib: "Möhtəşəm ailənin üzvü olduğuma görə çox şadam. Son döyüşə çıxacağıq. Karyeramı çempion kuboku başım üzərinə qaldıraraq bitirmək istəyərdim".

Uzun illər "Yuventus"da çıxış edən Leonardo 9 dəfə İtaliya çempionu olub.

Qeyd edək ki, bu gün Türkiyə Superliqasında son turun oyunları keçiriləcək. "Qalatasaray" Konya səfərində uduzarsa, "Fənərbaxça" isə "İstanbulspor"a qalib gələrsə Bonuççinin arzusu gerçəkləşəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun