"Televiziyadan eşitdim ki..." - Oğlu əfv olunan ana

26 May 2024 13:20

Beyləqandan gəlmişəm. Dünən televiziyadan eşitdim ki, oğlum Nurlan Ataşov da əfv olunanlar siyahısındadır. Sevincimdən hələ də şokdayam.

Milli.Az bildirir ki, bu sözləri oğlu əfv olunan Lətafət Ataşova Trend-ə bildirib.

Lətafət Ataşova məhbus analarına böyük sevinc bəxş etdiyi üçün ölkə Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:

"Prezidentimizə çox təşəkkür edirəm ki, biz analar bizə bu böyük sevinci yaşatdı.

Oğlum 2002-ci il təvvəllüdlüdür. 5 il 7 ay həbs cəzasına məhkum olunmuşdu. Cəzasının 4 il 9 ayını çəkmişdi, digər hissəsindən azad olundu.

Arzu edirəm ki, digər məhbuslar da qarşıdakı əfv sərəncamlarında azaslığa çıxsın".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun