Bakıda şadlıq sarayında müğənninin 3200 manatlıq telefonu OĞURLANDI

26 May 2024 12:33

Bakıda şadlıq sarayında müğənni qarət olunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Yasamal rayonu ərazisində yerləşən şadlıq evlərinin birində müğənninin 3200 manat dəyərində mobil telefonunun masanın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İlyas Səlimov müəyyən olunaraq saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun