100 yaşdan sonra eşqə düşən cütlük - FOTO

27 May 2024 04:04

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində 100 yaşında ailə quran cütlük "Ginnesin Rekordlar Kitabı"na müraciət edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 100 yaşlı Berni Littman və 102 yaşlı Marjorie Fiterman Filadelfiyadakı qocalar evində evləniblər.

Littmanın nəvəsi Sarah Sicherman babasının həyat yoldaşının ölümündən sonra qocalar evinə köçdüyünü və Fitermanla orada tanış olduğunu bildirib. O, babası ilə Fitermanın eyni universitetdə oxuduqlarını, lakin o zaman bir-birilərini tanımadıqlarını deyib.

Nəvənin sözlərinə görə, onların münasibıti 9 ildir davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun