Bakıda tozlu hava şəraiti müşahidə olunur

26 May 2024 12:07

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun