Slovakiyanın baş nazirindən xəbər var

26 May 2024 10:35

Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra sağalır və özünü yaxşı hiss edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin müalicə olunduğu xəstəxananın rəhbərliyinə istinadən xəbər verilir.

Bu yaxınlarda keçirilən tibbi məsləhətləşmədən sonra Ruzvelt Xəstəxanasının həkimləri Robert Fitsonun səhhətinin yaxşılaşması ilə bağlı subyektiv məlumatları təsdiqləyiblər.

Xatırladaq ki, Fitsoya sui-qəsd cəhdi mayın 15-də baş verib. Baş nazir kabinet iclasından sonra küçədə tərəfdarları ilə danışıb. 71 yaşlı yazıçı Yuray Cintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb və saxlanılıb. Sinə, bud və mədəsindən yaralanan baş nazir helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun