Qurban bayramında neçə gün evdə olacağıq?

26 May 2024 09:55

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, 15 iyun - Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Yəni 15, 16, 17, 18 və 19 iyun - ardıcıl 5 gün qeyri-iş günləridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun