İstanbulda naməlum şəxslər binaya bomba atdı

26 May 2024 10:07

İstanbulda naməlum şəxslər ofis binasına bomba atıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, motosikletlə gələn naməlum maskalı şəxslər ofisin ərazisinə bir neçə dəfə partlayıcı atıb və ərazini tərk ediblər. Nəticədə binaya ziyan dəyib, iki nəfər isə yaralanıb.

Hadisəni törədən şəxslərin axtarışı davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun