Putin Özbəkistana gedəcək

26 May 2024 09:30

Rusiya prezidenti Vladimir Putin mayın 26-dan 27-dək Özbəkistana dövlət səfəri edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Y.Uşakov bildirib ki, səfər zamanı Vladimir Putin yalnız Daşkəndə səfər edəcək.

O, həmçinin bildirib ki, ilk tədbirlər mayın 26-da başlayacaq və həmin gün axşam saatlarında iclas keçiriləcək.

Özbəkistana səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun