“Neftçi”nin qapıçısı azarkeşlərdən üzr istədi

26 May 2024 09:17

"Uğursuz nəticəyə görə azarkeşlərdən çox-çox üzr istəyirəm".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  bunu "Neftçi"nin qapıçısı İvan Brkiç deyib.

Xorvatiyalı qolkiper Premyer Liqanın son turundan sonra məyusluğunu gizlətməyib. "Sabah"a 0:1 hesablı məğlubiyyət olan Bakı təmsilçisi mövsümü həm mükafatsız, həm də avrokuboka vəsiqəsiz başa vurub. 29 yaşlı xorvatialı qolkiper bu səbəbdən də danışmağa sözünün olmadığını bildirib: "Çox danışmaq istəmirəm. Bu, futboldur, hər şey mümkündür. Yalnız nəticələrə görə çox təəssüfləndiyimi deyə bilərəm".

Qeyd edək ki, "Neftçi" mövsümü 5-ci pillədə başa vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun