Atası kimi eyni yaşda xərçəngdən vəfat etdi

26 May 2024 08:12

Uruqvaylı müğənni Karlos Paravis vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Karlosa 2022-ci ildə yemək borusu xərçəngi diaqnozu qoyulub. 

Onun atası, musiqiçi Santyaqo Çalar da 56 yaşında eyni xəstəlikdən vəfat edib.

Milli.Az