Bu tələbələrə hər ay əlavə 200 manat veriləcək

26 May 2024 07:52

Sumqayıt Dövlət Universiteti növbəti tədris ilində universitetə yüksək balla qəbul olacaq tələbələr üçün mühüm yenilik edib.

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.

Qərara görə, bu il SDU-ya 500-dən çox balla qəbul olacaq tələbələr aylıq 200 manat əlavə təqaüd və pulsuz yataqxana ilə təmin olunacaqlar.

Milli.Az