Milli Qurtuluş Günü münasibətilə ADAU-da tədbir keçirilib

14 İyun 2012 18:49
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışılıb, qazanılan qurtuluşun şanlı tarixçəsinə nəzər yetirilib.

ADAU-nun tədris işləri üzrə prorektoru İbrahim Cəfərov bildirib ki, Heydər Əliyevin siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkəmiz üçün son dərəcə əhəmiyyətli olan neft müqavilələrinin təməli qoyulub: "Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycanın bir dövlət kimi parçalanıb məhv olmaq təhlükəsi reallaşacaq, indiki qüdrətli dövləti qurmaq mümkün olmayacaqdı".

Milli.Az