Göyçayda yol qəzası olub, xəsarət alanlar var - FOTOlar

25 May 2024 23:32

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Volkswagen" və "Lada Priora" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun