Hindistanda oyun meydançası yanıb, 20 nəfər ölüb

25 May 2024 21:55

Hindistanda anqardakı uşaq oyun meydançasında güclü yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Hadisə Qucarat ştatında qeydə alınıb.

Baş verən yanğında çoxu uşaq olmaqla 20 nəfər ölüb.

Yanğının səbəbləri hələlik məlum deyil.

Yanğın nəticəsində anqarın dam örtüyü uçub. Yanğınsöndürənlər dağıntılar altında qalnaların olduğunu ehtimal edirlər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun