Ukrayna Rusiyanın daha bir Su-25-ni vurdu

25 May 2024 21:26

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus daha bir Su-25 qırıcısını məhv edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ykraynalı hərbçi Sergey İsayev məlumat yayıb.

Qırıcının Pokrov istiqamətində vurulduğu bildirilib.

Qeyd edək ki, ötən gün də Ukrayna ordusu eyni istiqamətdə Su-25 qırıcısını məhv edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun