Şamaxıda yanğın olub

25 May 2024 19:55

Şamaxı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Göylər Dağ kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 16 p.m mebel və 2 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun