Azərbaycan millisi növbəti oyununu keçirib

25 May 2024 19:16

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Milli.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma II turun ikinci matçında İsveç komandası ilə üz-üzə gəlib.

Rumıniyadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:19, 25:19, 25:19).

Ötən gün Rumıniyaya (0:3) uduzan komanda I turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun