"İçimdə o qadına nifrət yaranıb" - VİDEO

25 May 2024 15:54

Aparıcı Xoşqədəm Hidayətqızı Xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlaması ilə diqqət çəkib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı verilişində mərhum müğənni ilə münasibətlərindən danışıb. O bildirib ki, İ.Quliyeva ilə bir vaxtlar yaxın dost olublar:

"Sonradan İlhamə ilə dost olan, vaxtında yanında cəsarət edib danışmayıb, indi danışanlardan deyiləm. Amma bu gün ilk dəfə içimdə o qadına böyük nifrət hissi yarandı. 2003-cü il seçki vaxtı çox həyəcan keçirirdi, mənim evimdə qalırdı".

Qeyd edək ki, İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun doğma anası Lalə "Səni axtarıram" verilişinə gələrək övladının itkin düşdüyünü söyləyib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun