Elektrik enerjisinə dair təchizat tarifləri tənzimlənəcək

25 May 2024 12:42

Tariflər, o cümlədən elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin paylanması, bazar operatorunun xidmətlərinin və səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri tənzimlənəcək.

Milli.Az bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.

Tarif (qiymət) Şurası İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə 2025-ci il 1 iyul - 2028-ci il 30 iyun müddətində qiymətlərin (tariflərin) müəyyən edilməsini təmin etməlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun