8 yaşlı uşaq məktəbdə faciəvi şəkildə öldü - FOTO

25 May 2024 11:11

Türkiyədə məktəbdə dostları ilə "hamburger yemək" yarışı keçirən 8 yaşlı qız boğularaq ölüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Düzcedə bir ibtidai məktəbin yeməkxanasında dostları ilə "sürətli hamburger yemək" yarışında iştirak edən 8 yaşlı Eftelya nəfəs borusunda yemək tıxanması nəticəsində boğulmağa başlayıb.

Nəfəsi kəsilən uşaq tibbi müdaxilələrə baxmayaraq xilas ola bilməyib və dünyasını dəyişib.

Hadisə ilə bağlı həm məhkəmə, həm də inzibati araşdırmalara başlanılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun