Türkiyə "Akkuyu"nu nə vaxt işə salır? - Nazir

25 May 2024 08:00

"Akkuyu" AES-in ilk enerji blokunu bir il ərzində işə salmağı planlaşdırırıq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraqdar deyib.

"Bir il ərzində ilk enerji blokunu istifadəyə verməyi planlaşdırırıq. AES-də ümumilikdə dörd aqreqat var, məqsədimiz - mən bu barədə nazir postuna gələndə demişdim - 2028-ci ilə qədər 4 aqreqatın hamısını işə salmaqdır. Bundan sonra AES Türkiyənin elektrik enerjisinin 10%-ni təmin edəcək", - nazir qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun