ABŞ və Çinin müdafiə nazirləri Sinqapurda görüşəcək

25 May 2024 00:06

ABŞ müdafiə naziri Lloyd Ostin gələn həftə Sinqapurda Çinin müdafiə naziri Donq Jun ilə ikitərəfli görüş keçirəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Ostin gələn həftə Sinqapura gedəcək və burada "Şanqri-La Dialoq" beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.

Aprelin 16-da ABŞ və Çin müdafiə nazirləri arasında videobağlantı vasitəsilə danışıqların davamı olaraq əyani məsləhətləşmələr keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun