Azərbaycan sərhədində mövqe tutduq - Paşinyan

24 May 2024 23:14

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində delimitasiya olunmuş hissəsində mövqe tutublar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

"Bu gündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş vilayətinin Berkaber kəndi boyunca 1,9 km uzunluğunda və Əskipara və Bağanis kəndləri boyunca 4,9 km uzunluğunda dövlət sərhədinin mühafizəsini öz üzərinə götürüb", - Paşinyan qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun