Putin bu türk ölkəsinə səfərə gedir

24 May 2024 22:07

Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfər edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və Özbəkistan Prezidenti Şövkət Mirziyayev iki ölkənin Regionlar Şurasının ilk iclasında iştirak edəcəklər.

Səfərin mayın 26-27-də baş tutacağı gözlənilir.

Bundan əlavə, danışıqlar zamanı tərəflər Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun