Navas milli ilə vidalaşdı

24 May 2024 21:15

PSJ-nin qapıçısı Keylor Navas Kosta-Rika millisindəki karyerasını bitirib.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, 37 yaşlı "çərçivə" qoruyucusu bununla bağlı şəxsi "Instagram" hesabında paylaşım edib: 

"Həyatımın məğlubiyyət və qələbələrlə dolu olan bu dönəmi başa çatdı. Mən kiçik bir əraziyə, lakin böyük ruha malik sevimli Kosta-Rikamızın adını özümdə saxlayaraq yığmadan minnətdarlıq və irəliyə baxan bir ürəklə ayrılıram".

Qeyd edək ki, Navas 2008-ci ildən çıxış etdiyi Kosta-Rika millisində 112 matça çıxıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun