2 uşaq anası olan xalasıqızını öldürdü - Səbəb dəhşətə gətirir - VİDEO -FOTO

25 May 2024 10:54

39 yaşlı qadın vəhşicəsinə qətlə yetirilib.

Milli.Az haberler-ə istinadla bildirir ki, Türkiyənin Samsun vilayətində 2 uşaq anası vəhşicəsinə öldürülüb.

Ər evə gəldikdə 39 yaşlı xanımı Kader Yıldırımın meyitini görüb. O, dərhal polisə xəbər verib.

Araşdırmalar nəticəsində məlum olub ki, qadını həmin binada oturan qohumu qətlə yetirib. Onun qolundakı bilərziklər oğurlanıb.

Qadının xalası oğlu şübhəli kimi polis tərəfindən saxlanılıb. O, ifadəsində cinayəti etiraf edib, borclarını ödəmək üçün oğurluq etmək qərarı aldığını, hadisənin ölümlə nəticələndiyini söyləyib.

İsmayıl
Milli.Az