Qadın güləşçimiz Avropa çempionu oldu

24 May 2024 19:12

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 57 kq çəki dərəcəsində Jalə Əliyeva da ardıcıl 3-cü qələbə ilə Avropanın ən yaxşısı olmağa çalışıb. O, həlledici görüşdə Elvira Kamaloğlunu (Türkiyə) 5:3 hesabı ilə məğlub edib və çempion tituluna yiyələnib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun