Bakıda taksidə qızın 3 minlik ilanı əlindən QAÇDI: maşını sökdülər - VİDEO

24 May 2024 17:35

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Milli.Az xəbər verir ki, gənc qız ilan və tısbağaları ilə birgə taksiyə minib. Onun 3 min azn dəyərində olan ilanının əlindən qaçması sürücünün kabusuna çevrilib.

Buna görə onun avtomobili sökdürülüb. Uzun axtarışlardan sonra tapılan heyvanın görüntüləri sosial mediada gündəm olub.

Gənc qız bundan əlavə evində 4 metr uzunluğunda olan ilan da saxladığını bildirib.

Həmin görüntünü təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun