Murad Madonnanın bu səhnəsini təkrarlamaq istədi - VİDEO

25 May 2024 02:02

Xəbər verdiyimiz kimi, müğənni Murad Arifin "Hitmaker" adlı solo konserti keçirilib. 

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, gecədə ifaçının konsert açılışı zamanı qurduğu səhnə diqqət çəkib. Belə ki, səhnəyə ilk olaraq, maskalı və qarageyimli rəqqaslar çıxıb. Onun bu səhnəsi Masonların ayinini xatırladıb. 

Arxa üçbucaq formasında olan monitorda isə onlara məxsus göz işarəsi nümayiş edilib. Bu yerdə Murad dünya ulduzu Madonnanın "Avroviziya 2019"dakı çıxışını təkrarlamaq istəyib. Belə ki, Madonna da həmin vaxt səhnəyə qara geyimdə, maskalı rəqqaslarla çıxmışdı. 

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun