"Aparıcılar məni gözdən saldılar"

24 May 2024 18:04

Müğənni Nadir Qafarzadə yaşadığı peşmançılıqlardan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan ifaçı aparıcıların reytinq üçün ondan istifadə etdiyini bildirib:

"Çalışıram ki, gənclik illərində etdiyim şıltaqlıqları artıq etməyim. Demirəm ki, mənim səhvlərim olmayıb. Bəli, çoxlu səhvlərim olub. Lazımsız şeylər danışmışam. Onu da aparıcılar reytinqə görə mənim səmimiliyimdən, sadəliyimdən, ürəyimin yumuşaqlığından istifadə etdilər. Buna görə də həyatda mənə çox çətin olub. İndi o məqamlar yadıma düşəndə çox pis oluram. Onlar çalışdılar ki, məni reytinqə görə gözdən salsınlar, amma xalq mənim səmimiyyətimə inandı. Hərdən mənə yazıb deyirlər ki, ürəyi təmizdir. Bundan çox istifadə edirlər. Bu, məni bir az sakitləşdirir. Artıq çalışıram ki, səhvlər buraxmayım".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun