Yeni Kaledoniyada polis etirazçılardan birini güllələdi

24 May 2024 16:18

Yeni Kaledoniyada 48 yaşlı kişi polis tərəfindən güllələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Telekanal bunu adanın paytaxtı Numea prokurorluğuna istinadən açıqlayıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb. Atəş açan polis əməkdaşı nəzarətə alınıb.

Bununla da 13 gündür etirazların davam etdiyi Yeni Kaledoniyada ölənlərin sayı 7 nəfərə çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun