İsmət Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

24 May 2024 15:47

Prezident İlham Əliyev İ.D.Abasovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Milli.Az