"Barselona" klubu Xavi Ernandeslə yola davam edəcəyini açıqlasa da, baş məşqçi ilə müqaviləyə xitam verilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, kataloniyalıların bu addımı azarkeşlərin qəzəblənməsinə səbəb olub.
Belə ki, daha öncə Xavi Ernandeslə yola davam edəcəklərini bildirən "Barsleona" rəsmiləri indi də Hans Fliklə razılaşdıqlarını və ispaniyalı baş məşqçinin müqaviləsinə xitam verdiklərini açıqlayıblar.
Qeyd edək ki, Xavi Ernandes məsələ ilə bağlı açıqlama verməyəcəyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun