Lavrov: Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vurur

24 May 2024 15:57

Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vurur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, Amerika silahları artıq Rusiya ərazisində - Ukraynadakı münaqişə zonasından kənarda müxtəlif hədəflərdə istifadə olunur.

"ABŞ və digər Qərb ölkələri tərəfindən Kiyevə verilən silahlar artıq Rusiya ərazisindəki mülki hədəflərə zərbələr endirir" , - deyə Rusiya XİN başçısı vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun