Rəşad Babayevə yüksək vəzifə verildi

24 May 2024 15:43

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis təyin edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə polkovnik Rəşad Babayevə həvalə edilib.

Məlumatı Müdafiə Nazirliyindən saytımıza təsdiq ediblər.

Qeyd edək ki, bu barədə ilk məlumatı Unikal.az yayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun