"ABŞ hakimiyyəti xarici agentlər haqqında qanuna görə, Gürcüstana qarşı viza məhdudiyyətləri tətbiq etməyə başlayacaq".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət katibi Antoni Blinken deyib.
Blinken məhdudiyyətlərin vətəndaş cəmiyyətinə qarşı zorakılıq və ya hədə-qorxu ilə repressiyaya cavabdeh olanları əhatə edəcəyini bildirib.
Gürcüstan parlamenti mayın 14-də xarici agentlər haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 84 deputat qanunun lehinə, 30 deputat isə əleyhinə çıxış edib.
Xatırladaq ki, mayın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun