Əməkdar həkim vəfat etdi

24 May 2024 14:40

Azərbaycanın Əməkdar həkimi Vaqif Şirəli oğlu İbrahimov 82 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə onun yaxınları oxu.az-a məlumat veriblər.

Bildirilib ki, tibb elmləri namizədi Vaqif İbrahimov Birinci Qarabağ müharibəsinin veteranı olub.

Həmçinin, o, Mərkəzi Hərbi Hospitalın rəisi vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun