AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Yığıncaqda Azərbaycan Premyer Liqasının XXXV turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.
"Kəpəz" - "Zirə" oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimə edilib.
"Qarabağ" - "Turan Tovuz" matçından sonra akkreditasiyası olmayan şəxslər "Zona 1"ə daxil olduğuna görə meydan sahibi 500 manat cərimələnib.
"Qəbələ" - "Araz-Naxçıvan" qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan qonaq klub 700 manat ödəyəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun