İmtahanda həyəcan keçirməmək üçün nə etmək lazımdır? - VİDEO

24 May 2024 20:54

İmtahan həyəcanı heç kimə yad deyil. Bu mövzuda abituriyentlərlə yanaşı valideynlər də diqqətli olmalıdırlar. Onların təzyiqi bəzən acı sonluqla nəticələnir.

Milli.Az bildirir ki, psixoloq Aygün Ağabalayeva bildirib ki, imtahan zamanı abituriyentlərin həyəcan keçirməsi normaldır. Bu kimi hallarda dərindən nəfəs alıb, təmkinli olmaq vacibdir.

Psixoloq onu da vurğulayıb ki, valideynlər imtahan günü övladlarının yanında olmalı, onları hər bir halda motivasiya etməlidirlər.

Daha ətraflı "ATV Xəbər"in süjetində:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun